Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Ədliyyə Akademiyası əməkdaşlarının bələdiyyələrlə görüşü

03 iyun 2016 | 16:00

03 iyun 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Ədliyyə Akademiyasının təşkilatçılığı ilə regionun bələdiyyə qulluqçuları və üzvləri üçün hüquqi maarifləndirmə kursu proqramı çərçivəsində mühazirələr keçirilmişdir.
Mühazirələrdə Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının Vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakültəsinin baş məsləhətçisi, ədliyyə müşaviri Qalib Məmmədov, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrasının baş metodisti, II dərəcəli ədliyyə qulluqçusu Samir Nuriyev, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, kiçik ədliyyə müşaviri Mətanət Əsgərova və Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrasının baş metodisti, II dərəcəli ədliyyə qulluqçusu Samir Nuriyevin bələdiyyə qulluqçullarının etik davranış məsələləri, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tətbiqi və bələdiyyə torpaqlarının idarə edilməsi məsələləri, bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları mövzularında mühazirələri dinlənildi və verilən suallar cavablandırıldı.

Keçidlər