Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Beynəlxalq Qadınlar Günü” qeyd edilmişdir

08 mart 2013 | 16:00

Toplantıda çıxış edən Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov 8 mart qadınlar bayramı münasibətilə iştirakçıları və onların şəxsində rayonun bütün qadınlarını təbrik etmişdir. Natiq son illər ölkəmizdə və rayonumuzda qadınlara göstərilən yüksək diqqət və qayğıdan danışmış, onların ictimai-siyasi fəallığını, rayonun sosial-iqtisadi və mədəni həyatında rolunu yüksək dəyərləndirmişdir.

Yığıncaqda çıxış edən Masallı şəhər 2 saylı uşaq bağçasının müdiri Naibə Aslanova, Təzə Alvadı kənd uşaq bağçasının müdiri Göyçək Ələsgərova, Yolağacı kənd orta məktəbin direktoru Sevil Ağammədova və bağqaları qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq etmiş və 2013-cü ilin Prezident seçkilərində xalqımızın ən layiqli namizədini dəstəkləyəcəklərini bəyan etmişlər.

Tədbirdə fəal qadınların bir qrupuna qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər