Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda gənclərlə vətənpərvərlik mövzusunda görüş

10 iyun 2016 | 16:00

10 iyun 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə gənclərlə görüş keçirilmişdir
İlk əvvəl tədbir iştirakçıları torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq son illər Azərbaycan Respublikasının qarşısında duran bir çox problemlərin həlli gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şürunun, mənsub olduğu millətə və dövlətə qarşı qürur hisslərinin formalaşdırılmasından çox asılıdır. Yaşadığımız dövr gənc nəslin kiçik yaşlarından hərbi ruhda böyüdülməsini tələb edir. Gənc nəsli psixolji və mənəvi baxımdan hərbi həyata hazırlamaq vacibdir. Gənclərdə vətənpərvərlik və dövlətçilik hisslərinin gücləndirilməsi istiqamətində onların hərbi-vətənpərvərlik sahəsində tərbiyəsi böyük əhəmiyyət kəsb etdiyini bildirən Camal Manafov aprel ayının əvvəlində qoşunların təmas xəttində təxribat törətməyə cəhd edən   Ermənistan silahlı qüvvələrinə qarşı ordumuzun uğurlu əks-hücum əməliyyatı keçirdiyini və bu əməliyyat nəticəsində bəzi ərazilərin işğaldan azad edildiyini diqqətə çatdırdı
Daha sonra çıxış edənlərdən  Masallı rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Oktay Mütəllimov ,fəal gənclərdən Rövşən Muxtarov, Əli Məmmədli çıxışlarında bildirdilər ki, hərbi xidmət gənclər üçün həm də bir həyat məktəbidir. Nə qədər çox sayda gənc hərbi xidmət keçsə , bu bir o qədər onların gələcəyi üçün faydalıdır. Torpaqlarımızın 20 faizinin işğal altında olmasına, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsinə, tarixi-mədəni abidələrimizin erməni vandalları tərəfindən vəhşicəsinə məhv edilməsinə baxmayaraq dünya bu ədalətsizliyə göz yumur. Müstəqil dövlət quruculuğu və onun inkişaf etdirilməsi yolunda gənclərin üzərinə böyük  və məsuliyyətli vəzifə düşür.Bu vəzifələri yalnız öz vətənini sevən onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır ola bilən gənclər yerinə yetirə bilər. Rayonumuzda əksər gənclər vətən qarşısında borclarını layiqincə başa düşür, onun qorunmasında və dövlət quruculuğunda fəal iştrak edir.

Keçidlər