Masallıda Boks idman növü üzrə açıq rayon birinciliyi
12 iyun 2016 | 16:00
11-12 iyun 2016-cı il tarixlərdə Masallı Regional Boks Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 15 iyun “Milli Qurtuluş Günü”nə həsr olunmuş kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında boks idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.
11 çəki dərəcəsində 85 nəfər idmançıların iştrakı ilə keçirilən yarışın məqsədi, rayonda boks idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək olub.
Olduqca gərgin mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplomlarla mükafatlandırılmışdır