Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün İqtisadiyyat Nazirliyinə 30-dək sahibkar müraciət edib

14 iyun 2016 | 16:00

Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün İqtisadiyyat Nazirliyinə 30-dək sahibkar müraciət edib.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev iyunun 14-də Bakıda “Azərbaycanda investisiyaların təşviqi: yeni yanaşmalar və prioritetlər” mövzusunda keçirilən konfransda deyib.

“Bu gün 15 investisiya sənədi veriləcək ki, onlar da Azərbaycan iqtisadiyyatına, ümumilikdə, 160 milyon manat investisiya yatırılmasına və 1400-ə yaxın yeni iş yerinin açılmasına şərait yaradacaq”, - deyə nazir bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 13-də “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb.

Keçidlər