Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda ilk buraxılış imtahanı keçiriləcək

15 iyun 2016 | 16:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da Masallı rayonunda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. Həmin gün ümumilikdə Respublika üzrə 45827 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 25530, XI sinif üzrə 20297).

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlanır. İmtahanların idarə olunmasına ümumilikdə Respublika üzrə 370 imtahan rəhbəri, 4172 nəzarətçi-müəllim ayrılıb.

Masallı rayonunda 2151 nəfər 9-cu sinif şagirdinin və 1648 nəfər 11-ci sinif şagirdlərinin imtahanda iştirakı nəzərdə tutulur.

Keçidlər