Şriftin ölçüsü :

Saytın rəngi :

Tibb işçilərinin peşə bayramı münasibətilə Masallı rayon İcra hakimiyyəti başçısının Sərəncamı

18 iyun 2016 | 16:00

Rayonda tibbi xidmətlərinin  inkişafında və tibb işçilərinin peşə bayramı  münasibətilə Masallı rayon İcra hakimiyyəti  başçısının  Fəxri Fərmanı ilə təltif edilməsi barədə

          Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”nin 4.1.23-cü  bəndini və Masallı rayon İcra  hakimiyyəti  başçısının “22” avqust  2013-cü  il tarixli “159” nömrəli qərarı ilə təsdiq edilmiş  Masallı rayon İcra hakimiyyətinin “Fəxri Fərmanı” ilə təltifetmə Qaydasını  rəhbər tutaraq

Q ə r a r a   a l ı r a m :

    1. Rayonda tibbi xidmətin inkişafında  və tibb işçilərinin peşə bayramı münasibətilə Masallı rayon İcra hakimiyyəti başçısının “Fəxri Fərmanı” ilə təltif edilsinlər


  Səlimov Valeh Hilal oğlu – həkim-terapevt  terapiya şöbəsinin müdiri

  Hüseynova Məlahət Heydər qızı – tibb bacısı travmatologiya şöbəsi

  Əhmədov Zeyni Əli oğlu -  Gəyəçöl həkim məntəqəsinin tibb qardaşı

  Cabbarova Narıngül Mansur qızı – Lürən  tibb məntəqəsinin müdiri

             
    2.  Sərəncamın icrasına nəzarət Masallı rayon İcra hakimiyyəti başçısı aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinə tapşırılsın. 

Keçidlər