Şriftin ölçüsü :

Saytın rəngi :

QARĞALIQ ƏRAZİ SAKİNLƏRİ İLƏ GÖRÜŞ

07 mart 2013 | 16:00

           Həmçinin ərazidə 2 tam orta məktəb, 3 ümumi orta məktəb, 3 həkim məntəqəsi, 1 kənd klubu, 21 xidmət obyekti, 1 mədəniyyət evi, 1 kənd EATS-i və 2 kənd poçtu fəaliyyət göstərir.

       Qarğalıq ərazisinin Kürdəbaz kəndində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq sakinləri salamlamış, Qarğalıq ərazisində xeyli işlərin görüldüyünü, qarşıda görüləsi işlərin olduğunu vurğulamış, vətəndaşlardan onları narahat edən məsələlər barədə və ərazinin inkişafı ilə bağlı təkliflər vermələrini bildirmişdir.

       Kənd ziyalılarından Çingiz Muradov, Sərxoş Nuriyev ağsaqqallardan Rəbbi Kərimov, Səmədağa Şirinov kənd sakinlərindən İlkin Mirzəyev, Əlqardaş Vəliyev və başqaları çıxış edərək  Taxtaçaydan  Kürdəbaz  kəndinə, Viləşçaydan  Qədirli  kəndinə  gələn su kanallarının  təmizlənməsinə, Qarğalıq - Şəhriyar  yolunun təmir olunmasına, Qarğalıq – Eminli yoluna  bitim vurulmasına, Qarğalıq kəndində  4 ədəd  100 metrlik  artezian  quyusunun  vurulmasına, Dəlləkli  və  Qədirli  kənlərində  körpülərin  bərpa  edilməsinə və Kürdəbaz - Qarğalıq kənd arası yolun ətrafına ağac əkilməsinə görə kənd əhalisi adından ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

      Sonra sakinlər Kürdəbaz - Qarğalıq kənd arası  yolların  asfaltlanmasına, ərazidəki kəndlərin qazlaşdırılmasına, əraziyə içməli su xəttinin çəkilməsinə, Kürdəbaz - Qədirli  kəndlərinə verilən  elektrik yağ açarının  bərpa  edilməsinə, ərazidəki sıradan  çıxmış elektrik  dirəklərinin   və  naqillərin  dəyişdirilməsinə, ərazidəki  kəndlərdən birində  feldşer  mama  məntəqəsinin   tikilməsinə və Qarğalıq  kəndində  olan  uşaq  bağçasının  əsaslı  təmir  olunmasına köməklik göstərilməsini xahiş etmişlər.

      Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər