Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir

23 iyun 2016 | 16:00

23 iyun 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir. Dövlət qulluqçuları ilk öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq ulu öndərə tükənməz sevgi və ehtiramlarını bildirmişlər. Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonda dövlət qulluğu sahəsində işləyən bütün dövlət qulluqçularını Peşə bayramı günü münasibətilə təbrik etmişdir. Rayon rəhbəri çıxışında ölkəmizdə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmış, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə müasir dövlətçiliyimizin əsaslarının yaradıldığını bildirmişdir. Eyni zamanda Azərbaycanda dövlət quruculuğu və idarəçiliyi istiqamətində həyata keçirilən islahatlardan ətraflı məlumat verən rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə əldə edilən nailiyyətlərdən danışmış, respublikamızda çevik dövlət idarəetmə sisteminin formalaşdığını qeyd etmişdir. Masallı RİHB-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adəm Məhərrəmov məruzə etmişdir. Natiq çıxışinda ölkə başçısının dövlət qulluqçularına olan hərtərəfli diqqət və qayğısının nəticəsi olaraq 2006-cı ildən ölkəmizdə “23 iyun - Dövlət Qulluqçularının Peşə bayramı Günü” kimi təntənəli surətdə qeyd edildiyi və bu günün hər bir dövlət qulluqçusunun həyatına ən əlamətdar hadisə kimi daxil olduğunu vurğulanmışdır.

Masallı Rayon Məhkəməsinin sədri Hilal Xəlilov, RİHB-nin Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Loğman Şahbazov, RİHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanov, DİİXİHİ rayon komitəsinin sədri Camal Hüseynov çıxışlarında qeyd etmişlər ki, mütəmadi olaraq ölkə Prezidentinin Sərəncamları ilə dövlət qulluqçularının əməyi qiymətləndirilir. Bir qrup dövlət qulluqçusuna RİH başçısının və DİİXİHİ rayon komitəsinin Fəxri Fərman və hədiyyələri təqdim olunmuşdur.

Tədbiri yekunlaşdıran Masallı RİH başçısı Rafil Hüseynov Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 2016-cı il 22 iyun tarixli müvafiq Sərəncamı ilə  RİHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanovu “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülməsi münasibətilə təbrik etmiş, dövlət qulluqçularına məsuliyyətli və şərəfli işlərində uğurlar arzulamışdır.

Keçidlər