Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sahibkarlar üçün treninq keçirilib

24 iyun 2016 | 16:00

İyunun 24-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və İstehlak Mallarının Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə Masallıda sənaye və istehsal sahələrində fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

"Sənaye və istehsal sahələrinin idarə edilməsi", "Sənayedə brendləşmə" və "Potensial ixracatçılara ixrac zamanı güzəştlərin tətbiqi" mövzularını əhatə edən treninqdə innovativ texnologiyalar, brend məhsullar, brendin mahiyyəti və məzmunu, sənayedə brendləşmənin xüsusiyyətləri, brend məhsulların məqsədli bazarlara istiqamətlənməsi, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılara tətbiq edilən güzəştlər və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər haqqında ətraflı məlumat verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər