Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon qadınlarının konfransı keçirilmişdir

12 mart 2013 | 16:00

Konfransda Millət vəkili Elmira Axundova, rayonun hüquq-mühafizə orqanları rəhbərləri və rayonun fəal qadınları iştirak etmişlər.

Konfrans iştirakçıları əvvəlcə Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsinin önünə tər gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir.

Konfransı rayon İcra hakimiyyətinin Başçısı Rafil Hüseynov açaraq əvvəlcə tədbir iştirakçılarını salamlamış onları qarşıdan gələn novruz bayramı münasibətilə təbrik etmiş, onların rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirakından ətraflı bəhs etmişdir.

Rayon Qadınlar Şurasının sədri Naibə Aslanova məruzə ilə çıxış etmişdir.

Sonra Milli Məclisin üzvü Elmira axundova çıxış edərək bildirmişdir ki, bu il iyun ayının 14-də Azərbaycan Qadınlarının IV Qurultayının keçirilməsi nəzərdə tutulub və qurultaya nümayəndələr seçmək məqsədilə ölkənin müxtəlif şəhər və rayonlarında qadınlar şurasının konfransları keçirilir. Konfranslarda 5 il müddətində görülmüş işlərə yekun vurulur və qarşıda duran vəzifələr müəyyənləşdirilir.

Natiq çıxış edərək, bəzi problemlərin mövcud oldugunu diqqətə çatdıraraq azyaşlıların erkən yaşda ailə həyatı qurmalarının həm qanuna həmdə sağlamlığa zidd olduğunu vurğulamış, belə ki, qadınların erkən yaşda ailə həyatı qurmaqları gələcəkdə onların həyatında böyük fəsadlarla üzləşdiyinə gətirib çıxardığını, həmçinin onları psixoloji promlerlərlə üzləşdirdiyini diqqətə çatdırmışdır.

Sonra rayon İcra hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Gülşən Xəlilova, Hişkədərə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qumriyyə Cəfərova, Boradigah sahə xəstəxanasının baş həkimi Aygün Quliyeva, Təzə Alvadı kənd uşaq bağçasının müdiri Göyçək Ələsgərova, İsgəndərli tam orta məktəbin direktoru Yeganə İsmayılova və başqaları çıxış etmiş, son 5 ildə görülən işlərdən ətraflı bəhs etmişlər.

Azərbaycan Qadınlarının IV Qurultayına nümayəndələr seçilmiş, konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər