Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLI RİH BAŞÇISININ MASALLI ŞƏHƏR ƏRAZİSİNDƏ GÖRÜŞ-QƏBULU

29 iyun 2016 | 16:00

Masallı rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu 29 iyun 2016-cı il tarixdə Masallı şəhər inzibati ərazi dairəsinin Digah 4 nömrəli tam orta məktəbində keçirilmişdir.
Şəhər ərazisi Digah, Seybətin, Dadva, İskəndərli yaşayış məntəqələrini əhatə edir.
Ərazinin müasir insan üçün lazım olacaq bütün şəraiti var və yeniləşir. Nəhəng xidmət obyektləri fəaliyyət göstərir.
Görüşü Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən geniş bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Rayon İcra Hakimiyyətinin başçısı geniş nitqində Masallı meqapolisinin genişləndirilməsi, baş planı, sistemli iş, görülmüş və görüləcək işlərdən danışmışdır.
Artıq su çəkilişi sona çatmaq üzrədir. Reallaşmaqda olan “Asan Xidmət-Asan Həyat” kompleksi, habelə mədəniyyət, təhsil, mətbuatyayım sahəsində yaradılacaq regional idarələr rayon iqtisadiyyatının inkişafına təkan verəcək. İnzibati şəhərcik ərazisində inşa ediləcək (ilkin mərhələdə 3 bina) sosial yaşayış evləri regionlar üzrə ilk dəfə Masallıda tikilir. Uşaq incəsənət məktəbi, tarix-diyarşünaslıq muzeyi, polis mühafizə bölməsi, kənd təsərrüfatı idarəsi, 100 yerlik uşaq bağçası binalarının yaxın günlərdə açılışı olacaq. Yeni məhkəmə binasının təməli qoyulmuşdur. Şəhərin mərkəzində Viləş Park-Bulvarı salınır. Müasir tibbi avadanlıqlarla təchiz ediləcək RMX əsaslı təmir edilir. Hazırda 6-7 min hektar əkin sahəsi su ilə təmin edilirsə, Viləşçayın II növbəsinin tikintisindən sonra bu rəqəm 20 minə çatacaq. 65 kilometr beton kanallar çəkiləcək və s.
Şəhər ziyalılarından dövlət qulluğu veteranı, III dərəcəli "Vətənə Xidmətə görə" ordenli, yazıçı - publisist Ələşrəf Niftiyev, Digah 4 nömrəli tam orta məktəbinin müəllimi İmran Əzimov və başqaları çıxış edərək son vaxtlar rayonda görülən işləri təqdir etmiş, ərazidə işıq, qaz və s. sahədə problemlərin yaşanmadığını bildirmiş, kənd əhalisi adından ölkə Prezidenti Cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ifadə etmişdir.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər