“NARKOTİKLƏRLƏ MÜBARİZƏ GÜNÜ” İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
30 iyun 2016-cı il tarixdə Masallı rayon Gənclər Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın və 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vastələrin qanunsuz dövriyyəsinə qarşı, onun doğurduğu fəsadlar barədə Masallı rayon Komissiyasının tədbiri keçirilmişdir.
Tədbirdə rayon gənclər idarəsi, ərazi nümayəndəlikləri və bələdiyyə, təhsil işçiləri, gənclər iştirak etmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının Hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov məruzə etmişdir. Natiq bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlardan danışaraq, qeyd etmişdir ki, Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir. Sözçü bildirmişdir ki, bu gün narkomaniya ilə bağlı mövcud olan problemlər daim nəzarətdədir və narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizədə davamlı işlər aparılır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin "Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nın (2013-2018-ci illər)" təsdiq edilməsi haqqında imzaladığı Sərəncam ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan verib.
Masallı RPŞ-nin baş inspektoru Allahşükür Zahidov, RMX-nın baş həkiminin müavini Nazir Rufullayev, RTŞ-nin metodisti Əyyar Burhanov qanunsuz dövriyyədə olan narkotiklərin aşkar edilməsindən, narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli nəticələrindən və belə hallara qarşı ölkəmizdə, eləcə də rayonda aparılan profilaltiki tədbirlərdən danışmışlar.
Tədbirdə yekdilliklə bildirilmişdir ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.