MASALLIDA POLİS GÜNÜ QEYD EDİLDİ
01 iyul 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində 2 iyul “Polis günü” təntənəli şəkildə qeyd olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Masallı şəhər Heydər Əliyev parkında Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Dövlət himninin səsləndirilməsi ilə tədbir açıq elan olunmuşdur.
Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbiri rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-də ölkəmizdə Polis gününün qeyd olunmasını, bu gün Azərbaycan polisinin 96-cı ildönümü olmasını qeyd edərək bu münasibətlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeçiliyində xidmət göstərən bütün polis əməkdaşlarını, o cümlədən Masallı rayon Polis şöbəsinin asayiş keşikçilərini və polis veteranlarını təbrik etmiş, möhkəm can sağlığı, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirdə Masallı rayon Polis şöbəsinin rəisi polis polkovniki Nəriman İmanov məruzə ilə çıxış etmişdir.
Tədbir iştirakçılarından Masallı rayon prokuroru Allahverdi Novruzov, Polis veteranı, polis veteranları şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Tofiq Şahmarov, Masallı rayon İcra hakimiyyətini başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanov, gənc polis Cəlal Əbülfəzli və başqaları çıxış etmişlər.
Tədbirin sonunda nümunəvi davranışı və xidməti ilə fərqlənmiş şöbənin bir qrup əməkdaşı Masallı rayon İcra hakimiyyəti başçısının və Polis şöbəsi rəisinin fəxri fərmanları ilə təltif olunmuş, bir qrupuna isə qiymətli hədiyyələr təqdim olunmuşdur.