Şriftin ölçüsü :

Saytın rəngi :

PLANTASİYALARA YAY QULLUĞU

04 iyul 2016 | 16:00

Üzümçülük Çaxırlının əsas təsərrüfat sahələrundən olub. Hazırda ərazidə 11 hektara yaxın üzüm bağı mövcuddur. Burada texniki növlərlə yanaşı süfrə üzümü də yetişdirilir.
Kənd həkimi Rauf Bağırov öhdəsindəki 6 hektar bağa aqrotexniki qaydada qulluq etdiyindən hər il bazarlara bol məhsul çıxarır. Həvəskar bağban bu il də plantasiuyalarda aqrotexniki tədbirləri vaxtında həyata keçirir. Hazırda bağlarda cərgəaraları şumlanıb təmizlənir, tənəklərə dərman çilənir, artıq zoğlar budanır.
İnqilab İbrahimovun və Əli Nəbiyevin öhdələrindəki üzüm sahələri də qayğı ilə əhatələnib.

Keçidlər