Şriftin ölçüsü :

Saytın rəngi :

TQDK Masallı rayonunda imtahanlar keçirmişdir

05 iyul 2016 | 16:00

05 iyul 2016-cı il tarixdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 14 şəhər və rayonda, o cümlədən Masallıda da növbəti imtahanlar keçirmişdir.
  Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində keçirilən imtahan barədə məktəbin “Tərəqqi” medallı direktoru, Əməkdar müəllim Mirqabil Hüseynov bildirmişdir ki, imtahan mərkəzində təşkil olunan imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan IX sinif və XI sinif şagirdləri iştirak etmişlər.
  İmtahanların idarə olunması üçün imtahan rəhbəri və bir neçə nəzarətçi-müəllim ayrılıb. İmtahan zamanı heç bir qüsur aşkarlanmamışdır.

Keçidlər