Şriftin ölçüsü :

Saytın rəngi :

Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun anım günü

05 iyul 2016 | 16:00

05 iyul 2016-cı il tarixdə Masallı rayon Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun anım günü keçirilmişdir.
Tədbirdə Masallı rayon İcra hakimiyyətinin, rayonunun ictimaiyyətinin nümayəndələri, ziyalılar, Qarabağ veteranları, KİV nümayəndələri və kənd sakinləri İştirak etmişdir.
Ərazi nümayəndəliyinin qarşısındakı abidə önündə keçirilən tədbiri Milli Qəhrəmanın müəllimi Səadət Əliyev açaraq Milli Qəhrəmanın uşaqlıq, məktəb illərindən və sonrakı fəaliyyətindən söhbət açdı.
Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini  Nazim  Muradov, rayon hərbi komissarlığının məsul işçisi Babək Hacıyev, Milli Qəhrəmanın atası Eynulla Eynullayev, tanınmış şair və publisist, “Yeni həyat” qəzetinin Baş redaktor müavini Rəsul Rzayev, şair Tahir Heydərli (Hüseynov), Qarabağ müharibəsi  veteranı Əhliman Səfərov, Xıl kənd tam orta məktəbinin direktoru Aybəniz Qafarova, Xıl kənd tam orta məktəbinin şagirdi Murad Hüseynli və başqaları Milli Qəhrəman Elşad Hüseynovu el-oba üçün qürur mənbəyi kimi dəyərləndirdi.
Tədbirdə çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşənlərə dövlət qayğısından danışaraq bildirdilər ki, Elşad Xıl kəndinin igid oğlu, vətənpərvər övladı, fəxri və qürurudur. Elşadı el-obanın qəhrəman övladı kimi dəyərləndirdilər və haqqında xatirələr danışdılar.
Xıl tam orta məktəbinin şagirdləri Milli Qəhrəmana həsr olunmuş şeirlər söylədilər.
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi   şəhidi   Elşad Hüseynov   08 oktyabr 1960-ci ildə Masallı rayonunun  Xıl kəndində anadan olmuşdur.  1978-ci ildə burada məktəbi bitirib sovxozda işləmişdir.  1979 - 1981 -ci illərdə  Batumidə (indiki Gürcüstan Respublikasında) hərbi xidmətdə olmuşdur. Daha sonra  Bakı şəhərind ə DİN-nin milis nəfəri kimi işə qəbul olunur.  Ermənilərin  doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür.
  Elşad Hüseynov  Cuvarlı,  Ağbulaq  və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşmuşdur. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı.  15 iyun   1992-ci il döyüşçülərimiz  Fərrux  kəndini düşməndən azad etməli idilər. 1992-ci il  15 iyunda Ağdam-Fərrux  istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Ailəli idi, üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin  08 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Hüseynov Elşad Eynulla oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Masallı rayonunun   Xıl  kəndində dəfn edilmişdir.

Keçidlər