Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Tekvando idman növü üzrə zona birinciliyi

10 iyul 2016 | 16:00

09-10 iyul 2016-cı il tarixlərdə Masallı Regional Taekvando Mərkəzində  Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında taekvando idman növü üzrə zona birinciliyi keçirilmişdir.
   Tədbirin açlış mərəsimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək idmançıları salamlamış və Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğısından  danışmışdır. Və bildirmişdir ki,   bu yarışın keçirilməsində əsas məqsədin rayonda tekvando idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək  , kiçik yaşlı uşaqlar və yeniyetmə oğlan və qızların idmana olan marağını daha da artırmaq olduğunu diqqətə çatdırdı  
Yarışda Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Lənkəran, Biləsuvar rayon komandaları ilə yanaşı Bakı şəhərindən də bir komanda  iştrak etmişdir .
11çəki dərəcəsində 30-a yaxın  komandadan 200  nəfərdən  artıq idmançının iştrakı ilə keçirilən yarış, olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilmişdir. Yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər