Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgərin medalı ailəsinə təqdim olunub

12 iyul 2016 | 16:00

11 iyul 2016-cı il tarixdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Cəbhənin təmas xəttində gedən gərgin döyüşlərdə Şəhid olan Azərbaycan Ordusunun əsgəri, Masallı rayonunun Güllütəpə kənd sakini, 20 yaşlı Firdovsi Əliş oğlu Bağırzadənin təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı onun ailəsinə təqdim edilib.

Bununla bağlı keçirilən mərasimə Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri Əlimərdan Əliyev, hər üç rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, Qarabağ müharibəsinin veteranları və şəhidlərin ailə üzvləri qatılıblar. Çıxış edənlər şəhidlərin qısa, amma şərəfli ömür yolu keçdikləri, yüksək mükafata Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olduqlarına görə layiq görüldükləri bildiriblər.

Sonra Firdovsi Bağırzadənin ölümündən sonra müdafiə naziri Zakir Həsənovun əmri ilə layiq görüldüyü medalı onun  anasına təqdim olunub.

Sonda Milli Ordumuzun şücaətindən bəhs edən video-carx göstərilib.

Keçidlər