Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “İnsan alveri və zorakılığa yox deyək” devizi altında mədəni-kütləvi aksiya keçirilmişdir

14 mart 2013 | 16:00

13 mart 2013-cü il tarixdə Masallı rayon Gənclər Mərkəzində “İnsan alverinə və zorakılığa yox deyək” devizi alında gənclərlə görüş keçirilmişdir. Masallı rayon Gənclər və idman idarəsinin rəisi Camal Manafov çıxış edərək tədbir iştirakçılarını salamlayaraq vurğulamışdır ki, Azərbaycanın ərazisi coğrafi şəraitinə görə , insan alveri baxımından əlverişlidir və bundan istifadə böyük təhlükə yaradır. Mövcüd rəsmi məlumatlara görə Azərbaycanda insan alveri qurbanları, əsasən qadın və uşaqlardır.
     XXI əsrdə keçmiş zamanlardan miras qalmış həll olunması böyük çətinliklərlə müşayət edilən ümümbəşəri problemlərdən biri zorakılıq problemidir. Dərin kökləri olan zorakılıq müasir dövrdə sosial bəlaya çevrilmişdir və sözlə təhqirdən tutmuş terror aktlarına qədər, dövlətlər arasında baş verən müharibələrdə təzahur edir, qəddarlıq səviyyəsinə görə ağır və ya daha ağır cinayətlərin törədilməsinə gətirib çıxarır.
    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşı Fuad Əliyev öz çıxışında bildirdi ki, son illərdə insan alveri və insanların qanunsuz daşınması hallarının artması beynəlxalq ictimaiyyətin böyük narahatçılığına səbəb olmuşdur. İnsanların qanunsuz daşınması və insan alveri bir-biri ilə bağlı əməllər olmasına baxmayaraq, onlar müəyyən cəhət və əməllərinə görə fərqlənirlər. İnsanların qanunsuz daşınması dedikdə insanların ölkə ərazisinə təyinat ölkəsinin qanunvericiliyinə zidd olaraq mütəşşəkkil şəkildə daşınması başa düşülür. İnasan alveri insanların qanunsuz daşınmasının bir növü kimi miqrantlara qarşı zor tətbiq olunması, dələduzluq və məcburetmə əməllərini və ya onların istismarını özündə ehtiva edir.
       Sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdulayev tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, insan hüquqları ilə bağlı beynəlxalq qanunvericilik sənədlərində zorakılıq şəxsin fəaliyyəti və iradəsinin məhdudlaşdırılması və ya dəyişdirilməsi məqsədilə ona qarşı fiziki, mənəvi, psixoloji və digər hüquqa zidd əməllərin işlədilməsinə deyilir. Zorakılıq hər bir halda,  hər bir zaman hər bir şəxsin insan hüquqlarının tapdalanması şəxsiyyətin əleyhinə qarşı törədilmiş cinayət deməkdir. Ona görə də Respublikada zorakılığa qarşı daim mübarizə aparılır
     Sonda  iştirakçılara bukletlər paylandı və tədbir konsert proqramı ilə başa çatdı.

Keçidlər