MASALLIDA QANVERMƏ AKSİYASI KEÇİRİLMİŞDİR
15 iyul 2016-cı il tarixində Masallı rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq göstərişinə əsasən Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstititunun Mərkəzi Qan Bankı əməkdaşlarının iştirakı ilə talasemiyyalı və hemofiliyya xəstələrə dəstək olmaq üçün ümumrayon qanvermə aksiyası keçirilmişdir.
Rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulmuşlar.
Xüsusi tibbİ briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunmuş, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilmişdir.
Aksiya iştirakçılarından Sədrəddin Abbasov, Səxavət Sadıqova, Səfər İsmayılov, Elağa Rəhimov və başqaları bu kimi xeyriyyə tədbirlərinin keçirlməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdə kənarda qalmadığını bildirmişlər.
Aksiyada toplanan qanlar qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində təmənnasız istifadə olunacaqdır.