Şriftin ölçüsü :

Saytın rəngi :

Şahinlər yarışırlar

15 mart 2013 | 16:00

14 mart 2013-cü il tarixdə Masallı şəhər 3 saylı tam orta məktəbdə “Şahin” Hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir.  Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, onların hərbi biliklərə yiyələnməsi, yeniyetmələrin və çağırışa qədərki gənclərin milli orduya hazırlanması məqsədi ilə keçirilən bu yarışı Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açmışdır. Yarışda Rayon Təhsil Şöbəsinin metodisti Akif Məmmədov, Əlyar Burhanov, Rayon SHXÇ üzrə DX –nin  nümayəndəsi Musa Nağıyev və başqaları çıxış etmişlər.

Yüksək səviyyədə keçirilən yarışda Xırmandalı kənd tam orta məktəbin komandası I, Digah 4 saylı tam orta məktəbin komandası II, Kalinovka kənd tam orta məktəbin komandası  III yerə layiq görülmüşlər. Fərqləndiklərinə görə isə Binə Xocavar və Şəhər 3 saylı tam orta məktəbin komandaları diplomla təltif edilmişlər.

Qalib komandalar Masallı rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edilmişlər.

Keçidlər