Şriftin ölçüsü :

Saytın rəngi :

BƏLƏDİYYƏLƏRDƏ GENDER BƏRABƏRLİYİNİN MONİTORİNQİ

29 iyul 2016 | 16:00

29 iyul 2016-cı il tarixdə  Masallı Oteldə D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti, Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Bələdiyyələrədə gender bərabərliyinin monitorinqi və ictimai vəkillik" adlı layihə çərşivəsində tədbir keçirilmişdir.

Layihənin məqsədi bələdiyyələrdə qadınların rəhbər vəzifələrdə sayının az olması səbəbini öyrənmək və gender bərabərliyinin təhlilinə imkan verən monitorinq, onun nəticələri və qərar qəbuletmədə onların hüquq və rollarının artırılmasına yardım etməkdir.
Tədbiri giriş sözü ilə Cəmiyyətin üzvü Nabat Qəniyeva açmışdır.  Cəmiyyətin sədri, Ümumdünya Qadınlar Birliyinin Azərbaycan təmsilçisi Novella Cəfərova layihənin məqsədi, qarşıya qoyulan vəzifələrdən geniş danışdı, bələdiyyədə təmsil olunan qadınlara tövsiyələr verdi. Məsələ ilə əlaqədar müzakirələrdə çıxış edən Qodman, Səmidxan, Banbaşı, Təklə, Qızılağac, Lürən bələdiyyələrinin sədrləri Sirus Səfərov, Şaban Mehdiyev, Böyükxan Rəhimov, Tural Bəşirov, Şamil Məmmədov, Mərdalı Şükürov, Ərkivan bələdsiyyəsinin üzvü Mənijə Yəhyayeva, Həsənli bələdiyyəsinin üzvü Nazilə Məmmədova və başqaları öz təkliflərini verdilər.

Keçidlər