Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Həyati bacarıqlara əsaslanan təhsil"lə bağlı təlimlər

30 iyul 2016 | 16:00

30 iyul 2016-cı il tarixdə saat S.Tağıyev adına Masallı şəhər 4 saylı Digah tam orta məktəbində Əlavə Təhsil Mərkəzinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində işləyən müəllimlər üçün “Həyati bacarıqlara əsaslanan təhsil” fakultativ kursunun tədrisi ilə əlaqədar təlim keçirilmişdir.
Əlavə Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarlarda "Təhsil strategiyasının tələblərinə uyğun olaraq təhsil işçilərinin təkmilləşdirilməsi və peşəkarlıq səviyyəsinin yüksəlməsi ilə əlaqədar bilgi verilmişdir.
Birinci gün təlimlərdə ƏTM-in işçi qrupunun rəhbəri və təlimçisi, pedaqogika üzrə fəlsəfə doktoru Sevda Tağıyeva layihənin xidmət sahəsi olan əsas şəxsiyyət yetişdirmək istiqamətində aparılan tədbirlərdən danışmış, verilən sualları cavablandırmış, diskusiyalar aparılmışdır.
  ƏTM-in təsisçisiçıləri Zərifə Dəmirova (direktoru) və dosent Aslan Dəmirov müəllimlərə metodiki tövsiyələr verib bildirdilər ki, əvvəllər müəllimlər mərkəzə gedirdilərsə, indi təlimçilər təhsil müəssisələrinə gəlib müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər təşkil edirlər.
  Təlimlər davam etdirilir.

Keçidlər