Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda multikulturalizmlə bağlı maarifləndirici tədbir

03 avqust 2016 | 16:00

03 avqust 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi (QDİİB) “Yeni mediada multikulturalizmlə bağlı düzgün iştirak” mövzusunda maarifləndirici tədbir keçirib.

Təlim məşğələsində rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, idarə və müəssisələrdə çalışan gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən İctimai Birliyin sədri İlkin Ağayev bildirib ki, sosial və internet mediada gənclərin aktivlik göstəriciləri ildən-ilə artır.

Bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu vurğulayan İ.Ağayev gənclərin multikulturalizm məsələləri ilə bağlı maarifləndirilməsi, sosial və internet mediada aktiv gənclərin bu yöndə öz töhfələrini verməsinə yardımçı ola biləcəyini diqqətə çatdırıb.

Təlimçi, yeni media üzrə ekspert Xaqani İbadov mövzu ilə bağlı çıxış edib.

Sonda tədbir iştirakçılarına sertifikatlar verilib.

Keçidlər