Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda ev yanıb

09 avqust 2016 | 16:00

Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə avqustun 8-də axşam saatlarında rayonun Qızılavar kənd sakini Xankişi Rüstəm oğlu Babayevə məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyi ilə yanğının əhatə dairəsinin genişlənməsinin və güclü alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 250 kv.m. olan ev  içindəki əşyalarla birlikdə və dam örtüyü tamam yanaraq yararsız vəziyyətə düşüb.

Keçidlər