Şriftin ölçüsü :

Saytın rəngi :

Region gənclərinin dini radikalllıq və ekstremizmlə mübarizə tədbiri

10 avqust 2016 | 16:00

10 avqust 2016-cı il tarixdə Ərkivan qəsəbəsində Ağsaqqallar klubunda “Region gənclərinin dini radikalllıq və ekstremizmlə mübarizə” layihəsi çərçivəsində tədbir keçirilmişdir.
   Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə qrantı ilə,”Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən seminar keçirilmişdir.
Seminarda Qonaq qismində Ərkivan Qəsəbə Bələdiyyəsinin aparat işçisi Sadif Mehtiyev də iştirak etmişdir.
   Seminar zamanı Layihə Direktoru Səfərov Raci çıxış edərək iştirakçılara donor təşkilat, icraçı təşkilat və layihənin əhəmiyyəti barədə məlumat vermişdir.
   Daha sonra layihənin eksperti Nəsimi Bədəlov tərəfindən Dini radikallıq və ekstremizmi yaradan səbəblər, dini ektremizmə qarşı mübarizə haqqında qanunun şərhi, tolerantlıq və multikulturalizmin əhəmiyyəti mövzularında iştirakçılara məlumat verilmişdir. Bundan əlavə iştirakçılara layihə çərçivəsində çəkilmiş “Tolerantlığın və Multikulturalizmin vətəni”adlı video çarx nümayiş etdirilmişdir.
  Çıxış edənlərdən Sadif Mehtiyev qeyd etmişdir ki, Azərbaycan Respublikasında tolerantlıq və multikulturalizmin inkişafı dövlətimizin qüdrətini nümayiş etdirir. 
Yusif Rəhimli isə çıxışında belə tədbirlərin mütəmadi olaraq keçirilməsini və gənclərin maarifləndirilməsini zəruri hesab etmişdir.
Qəsəbə Ağsaqqalı Vəli Əliyev belə əhəmiyyətli tədbirin Ərkivan qəsəbəsində keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirdi.
  Tədbirin sonunda iştirakçılarla xatirə şəkili çəkdirildi.

Keçidlər