Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA ƏLAVƏ TƏHSİL MƏRKƏZİ KURİKULUM KURSLARI KEÇİRİR

16 avqust 2016 | 16:00

16-25 avqust 2016-cı il tarixlərdə Masallı şəhər 4 saylı Digah tam orta məktəbində İTE (Təhsildə İnnovativ Texnologiyalar) Əlavə Təhsil Mərkəzi Masallı rayonu üzrə ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi üzrə təşkil olunmuş təlim kursları keçirilir. 
Təlimçi Namik Aslanov tərəfindən keçirilən kurslar yerli və beynəlxalq aparıcı qurumlarla əməkdaşlıq nəticəsində daim yenilənən təlim proqramları əsasında aparılır.  
  Yeni təhsil proqramı üzrə bilik və bacarıqlar əldə edən müəllimlər fəal təlim xüsusiyyətlərini mənimsəməklə müasir qiymətləndirmənin əsaslarını, onun ənənəvi qiymətləndirmədən fərqini öyrənəcək, seçdikləri mövzu üzrə kurikulumun tələblərinə uyğun dərs nümunəsi hazırlayıb nümayiş etdirəcəklər.
  Ongünlük təlim kursunu ( 60 saatlıq) başa vurmuş müəllimlərə test imtahanının nəticələrinə əsasən sertifikatlar təqdim olunacaqdır.

Keçidlər