Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib

15 avqust 2016 | 16:00

15 avqust 2016-cı il tarixdə Masallı RİH-də Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə təltif olunan “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdim edilməsi mərasimi keçirilib.
Masallı RİH Başçısı cənab Rafil Hüseynov əvvəlcə ölkə başçısının Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi   Kamal Mazanovu  bir daha təbrik edərək, ona fəaliyyətlərində uğurlar arzulayıb. R. Hüseynov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin dövlət qulluğu haqqında qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsindəki gördüyü böyük əhəmiyyət kəsb edən işlər ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev cənabları  tərəfindən əsaslı şəkildə uğurla davam etdirilir. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı sayəsində “Dövlət qulluğu haqqında” Qanundan irəli gələn bütün məsələlər davamlı olaraq həyata keçirilir. Bu sahədə Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli “Dövlət qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında” Sərəncamı dövlət qulluqçularına olan qayğının əyani nümunəsidir.
Sonra  Masallı RİH Başçısı cənab R. Hüseynov “Dövlət qulluğunda fərqlənməyə görə”  medalını və vəsiqəni rayon ictimaiyyəti qarşısında təntənəli surətdə  RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi   Kamal Mazanova təqdim edib.
Çıxış edən dövlət qulluqçusu K. Mazanov onun əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, K. Mazanov 1984-cü ildə ali təhsil alandan iki il sonra UGİM-də dərs hissə müdiri, 2001-ci ildən rayon Gənclər və İdman İdarəsinin rəisi, 2006-cı ildən RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyib. 2012-ci ildən bu günə kimi RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləməklə bu təşkilatçılığı davam etdirir.

Keçidlər