Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA NOVRUZ BAYRAMI İLƏ ƏLAQƏDAR SАTIŞ YARMARKASI KEÇİRİLİR

17 mart 2013 | 16:00

Martın 16-dan başlayaraq  Masallı şəhərində yerləşən  “Xan çinar” ticarət mərkəzinin arxasındakı meydanda Novruz bayramı münasibətilə sаtış yаrmаrkаsı keçirilir.

Yarmarkada Masallı rayonunda fəаliyyət göstərən 12 şirkət və fermer təsərrüfatçıları tərəfindən 50 tondan çox müxtəlif növ ərzaq məhsulları, meyvə-tərəvəz və şirniyyat alıcılara təklif olunur.

Yarmarkaya çıxarılan məhsullar bazar qiymətindən 20-30 faiz aşağıdır.Bayram bazarlığına gələnlər qiymətlərin sərfəli olmasından, malların keyfiyyətindən və çeşidindən razı qaldılarını vurğulayırlar.

Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və rayonun rəhbər işçiləri satış-yarmarkaya gələrək satılan məhsulların keyfiyyəti və qiyməti ilə maraqlandılar, alış-verişin vəziyəti ilə tanış oldular.

Rayon sakinləri təşkil olunmuş yarmarkaya və bayram ərəfəsində belə gözəl şəraitin yaradıldığına görə Prezidentimiz möhtərəm cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirərək bu yarmarkaların ölkə rəhbərinin əhaliyə diqqət və qayğısı kimi qiymətləndirdilər.Yarmarka mart ayının 19-na kimi davam edəcək

Keçidlər