AZƏRMƏTBUATYAYIM ASC-NİN MASALLIDA ZONA MÜŞAVİRƏSİ
Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərmətbuatyayım ASC-nin zona müşavirəsi keçirilmişdir. Müşavirədə Masallı RİHB-nin müavini Nəsir Muxtarlı, Azərmətbuatyayım ASC-nin sədri Süleyman Salmanlı, meneceri Məzahim Vəliyev, Beynəlxalq Mətbuat Mərkəzinin direktoru Azər Vəliyev, eləcə də Masallı, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad, Yardımlı, və Lerik rayon mətbuatyayım şöbələrinin rəisləri, KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Masallı RİHB-nin müavini Nəsir Muxtarlı ölkə mətbuatının inkişafı və bu sahədə aparılan islahatlardan danışmış, Azərmətbuatyayım ASC-nin Regional İdarəsinin Masallıda yaradılmasına görə rayon rəhbərliyi və ictimaiyyəti adından dərin təşəkkürünü bildirmişdir.
Müşavirənin gündəliyi və müzakirə olunan məsələlər barədə məlumat verən Azərmətbuatyayım ASC-nin sədri Süleyman Salmanlı bildirmişdir ki, aidiyyatı sahə üzrə həm çeviklik, həm də idarəetməni artırmaq, təkmilləşdirmək məqsədilə respublikada 10 Regional İdarə (Gəncə, Masallı, Saaatlı, Ağdaş, Quba, Şirvan, Qəbələ, Şəki, Şəmkir, Qazax) yaradılmışdır. Natiq qeyd etmişdir ki, Əbülfəz Asif oğlu Nuriyev 15.08.2016-cı il tarixli Sərəncamla Azərmətbuatyayım ASC Masallı Regional İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Müşavirədə iştirakçıları maraqlandıran suallar cavablandırılmış, müzakirələr aparılmışdır.