Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLI RİH BAŞÇISININ LÜRƏN ƏRAZİSİNDƏ GÖRÜŞ-QƏBULU

17 avqust 2016 | 16:00

Masallı rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu 17 avqust 2016-cı il tarixdə Lürən kənd orta məktəbində keçirilmişdir.
Ərazidə 1 orta məktəb, 1 həkim məntəqəsi və 1 poçt şöbəsi fəaliyyət göstərir.
Lürən inzibati ərazi dairəsinin nümayəndəliyində təşkil olunmuş görüşü Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Kənd ağsaqqalı Hacı Balakərim Yaqubov rayonda, kənddə görülən işləri təqdir edib bildirdi ki, son illərdə Masallı təzə, müasir tikililər hesabına xeyli dəyişib gözəlləşmişdir. Bu, məni də, Masallı sakinlərini də qürurlandırır. Bayraq Meydanı, “ASAN HƏYAT” və “ASAN” xidmət kompleksi, bu silsilədəki yeni tikililər və Masallıda istifadəyə hazırlanan digər müasir binalar diqqəti cəlb edir. Son illərdə Lürənə rahat yol, qaz çəkilib, həkim məntəqəsi tikilir.
Saatxan Mirzəyev çıxışında göstərdi ki, kəndin işıqları bəzi vaxtlarda söndürülür. Bu barədə mütəxəssis izahatı dinlənildi. Bildirild ki, rayonda görülən təmir işləri zamanı müəyyən vaxt fasiləsində Lürəndə işıqlar sönür. Bu proses başa çatmışdır, bu hallara son qoyulacaq.
Müəllim Rüfət Kərimov, kənd sakini Möhübbət Nurullayevin təklifləri araşdırıldı, konkret tapşırıqlar verildi.
Lürəndə tütün əkmiş bələdiyyə sədri Mərdalı Şükürov bu sahənin səmərəsindən danışıb təkliflər verdi.
   
Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov təkliflərə münasibət bildirib kənd sakinlərini mövcud torpaqlardan səmərəli istifadə etməyə çağırdı.
 
O, görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər