Şriftin ölçüsü :

Saytın rəngi :

Boradigah qəsəbəsində qanvermə aksiyası

19 avqust 2016 | 16:00

19 avqust 2016-cı il tarixdə Boradigah qəsəbə sahə xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.
Boradigah qəsəbə sahə xəstəxanasında keçirilən qanvermə aksiyasında qəsəbənin, eləcə də Mahmudavar, Türkoba, Rüdəkənar, Tüklə, Kubin, Miyənkü, Hişkədərə və Şatıroba kəndlərinin sakinləri iştirak etmişlər.
B.Eyvazov adına Azərbaycan Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının Lənkəran bölməsinin müdiri Telman Zülfüqarov bildirmişdir ki, toplanan qan talasemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaqdır.

Keçidlər