Şriftin ölçüsü :

Saytın rəngi :

MÜVƏKKİL HÜQUQ MƏRKƏZİ SAHİBKARLAR ÜÇÜN TƏLİM KEÇİRİB

19 avqust 2016 | 16:00

19 avqust 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda təlim keçirmişdir.

Təlimdə müxtəlif sahədə çalışan Masallı rayonundan olan sahibkarlar iştirak etmişdir.

“Əhali arasında “Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində reallaşan təlim “Müvəkkil Hüquq Mərkəzi” ictimai birliyinin sədri Səməd Vəkilovun rəhbərliyi altında keçirilmişdir.

Təlim-treninq nəzəri və praktik hissələrdən ibarət olmaqla aparılmışdır. İlk hissədə bu sahə ilə əlaqəli Azərbaycan Respublikasının qanunvericilik aktları ilə bağlı məruzə edilmiş və müvafiq təcrübələrdən nümunələr gətirilmişdir.

Təlimçilər Cəsarət Hüseynzadə və Tofiq Əliyev əqdlərin bağlanması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan forma və metodlar haqqında iştirakçılara məlumat vermişlər.

Təlimin ikinci, praktik hissəsində isə treninq iştirakçıları 4 qrup üzrə kazus çalışmalarında iştirak etmiş, təqdimatlar təşkil edilmişdir.

Sonda təlimi uğurla başa vuran sahibkarlara sertifikatlar təqdim edilmişdir.

Keçidlər