Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni dərs ilində dörd kənddə yeni məktəb binaları istifadəyə veriləcək

13 avqust 2016 | 16:00

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq rayonun dörd kəndində yeni məktəb binaları inşa edilir.
Yeni dərs ilində istifadəyə veriləcək 140 şagird yerlik Dəlləkoba və Çayqırağı, 180 şagird yerlik Şatıroba və 120 şagird yerlik Zuvand kənd orta məktəblərinin yeni binalarının tikintisində son tamamlama işləri görülür.
Qeyd edək ki, son üç ildə Masallı rayonunda 36 məktəb binası tikilib istifadəyə verilib, 7 təhsil ocağı isə əsaslı təmir olunub.

Keçidlər