Masallıda “ Vətən bizim qəlbimizdir”mövzusunda tədbir
23 avqust 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 23-cü ildönümü ilə əlaqədar olaraq “Vətən bizim qəlbimizdir” mövzusunda tədbir keçirilmişdir.
İlk öncə Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 1993-cü ilin avqustunda cəbhənin bütün istiqamətlərində əks hücuma keçən ermənilər Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizədən yararlanıb Füzuli şəhərini işğal etdilər. ölkə daxilində separatçı qüvvələrin fəallığı, ordunun həddən artıq siyasiləşərək müxtəlif partiyaların və siyasi qrupların mənafeyinə xidmət etməsi Füzuli və Cəbrayıl, rayonlarının da düşmən əlinə keçməsini sürətləndirdi. Vahid hərbi əməliyyat planına malik olmayan Azərbaycan ordusu xarici qüvvələr tərəfindən gücləndirilmiş Ermənistan ordusunun hücumlarına tab gətirmədi. Bu işdə cəbhə bölgələrində müxtəlif siyasi qüvvələrin təxribatçı hərəkətləri də az rol oynamadı. Avqustun 23-də Füzuli və Cəbrayıl rayonları işğal olundu. Amansız düşmənlə üz-üzə müdafiəsiz vəziyyətdə qalmış əhali öz doğma ev-eşiyini tərk etməyə məcbur oldu.Bu rayonların müdafiəsi zamanı xalqımızın yüzlərlə igid oğlu qəhrəmanlıqla şəhid oldu. İndi artıq bizi əminliklə deyə bilərik ki, bizim güzlü ordumuz var hər an düşmənə layiqli cavab verməyə hazır olduğunu bildirən Camal Manafov aprel ayının əvvəlində qoşunların təmas xəttində təxribat törətməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə qarşı ordumuzun uğurlu əks-hücum əməliyyatı keçirdiyini və bu əməliyyat nəticəsində bəzi ərazilərin işğaldan azad edildiyini diqqətə çatdırdı.Sonda rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov qeyd etdi ki, biz inanırıq ki, cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti nəticəsində Azərbaycanın işğal altında olan torpaqları erməni işğalçıları tərəfində azad ediləcək köçkün düşmüş qardaş və bacılarımız öz doğma el-obalarına qayıdacaqlar bu günün elədə uzaqdada olmadığını diqqətə çatdırdı.
Tədbirdə Masallı rayon ehtiyyatda olan zabitlər konfederasiyasının sədir müavini, müharibə vetiranı Camaləddin Məmmədov, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin tarix müəllimi Əflatun Qurbanov, Yeddioymaq 1 saylı tam orta məktəbin tarix müəllimi Məhərrəm Nəsirov çıxış edərək Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı ermənilərin dinc sakinlərə qarşı törətdikləri qanlı cinayətlərdən, canlarını qurtarmaq istəyən qadın və uşaqların girov götürülərək amansızcasına qətlə yetirilmələrindən söhbət açaraq bildirilmişdir ki, biz hər an əldə silah vətənin keşiyində dayanmağa Azərbaycanın işğal olunmuş torpaqlarını erməni işğalçılarından azad etməyə hazırıq.
Daha sonra tədbirdə Masallı rayonunda məskunlaşmış Şuşa şəhərindən olan məcburi köçkün, Digah 4 saylı tam orta məktəbin hərbi müəllimi Rafiq Abbasov bütün bu olanların canlı şahidi kimi çox ürək ağrısı ilə danışmış və xalqımızın başına gətirilən müsibətlərin heç vaxt yadından çıxmayaçağını bildirmişdi .
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış Füzuli və Cəbrayıl rayonları ilə bağlı buraşuralar paylanılmışdır.