Şriftin ölçüsü :

Saytın rəngi :

TÜKLƏ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBULU

24 avqust 2016 | 16:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 24 avqust 2016-cı il tarixdə Tüklə ərazisində Ağsaqqallar klubunun həyətində keçirilmişdir.
Tüklə ərazisi Məmmədoba və Tiyaqani yaşayış məntəqələrini əhatə edir.
Ərazinin 3856 nəfər əhalisi və 970 hektar torpaq sahəsi vardır. Həmçinin ərazidə 2 orta məktəb, 1 həkim məntəqəsi, 1 tibb məntəqəsi, 1 EATS və 1 poçt, 1 kitabxana və bir neçə xidmət obyektləri fəaliyyət göstərir.
  Tüklə kəndi ərazisinin Ağsaqqallar klubunun həyətində  təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
  Ərazi sakinlərindən Malik Qurbanov,  Tüklə məktəbinin direktoru Əlisultan Rəhmətov,  Elxan İbadov,  Rauf Əhədov və başqaları çıxış edərək son vaxtlar
Masallı rayonunda və Tüklə kəndi ərazisində görülmüş işləri təqdir etmiş, kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ifadə etmiş, kəndin daxili yollarının təmir olunmasını xahiş etmiş, həmçinin şikayət və təkliflərini səsləndirmişlər.
  Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər