Şriftin ölçüsü :

Saytın rəngi :

ÖNCƏQALA VƏ HÜSEYNHACILI KƏNDLƏRİNƏ TƏBİİ QAZ VERİLMİŞDİR

25 avqust 2016 | 16:00

25 avqust 2016-cı il tarixdə Masallı rayonunun Öncəqala və Hüseynhacılı kəndlərinə mavi yanacaq verilmişdir. Hər iki kənddə 740-a yaxın evə təbii qaz verilməsi təmin edilmişdir.
Öncəqala kəndində təşkil olunmuş tədbiri giriş sözü ilə Kalinovka bələdiyyəsinin sədri Rafiq Ağayev açmışdır.
  Sonra dövlətin regionlara qayğısı və bu istiqamətdə görülən işləri diqqətə çatdıran Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd etmişdir ki, son 4 ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 40 yaşayış məntəqəsi təbii qazla təmin olunmuş və davam etməkdədir. Rayon rəhbəri hazırda Respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açmış, kənd sakinlərini təbrik etmiş, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzulamışdır.
  Regional Qaz İstismar İdarəsinin rəisi Rafael Novruzov əlamətdar hadisə münasibətilə sakinləri təbrik etmişdir.
Kənd sakinlərindən Məruf Fətullayev, Elmira Zeynalova və başqaları çıxış edərək ərazinin mavi yanacaqla təmin olunmasına görə Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Sonda Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və kənd ağsaqqalı Məruf Fətullayev rəmzi məşəli alovlandırmışlar.
          
Hüseynhacılı kəndində təşkil olunmuş tədbiri giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açmış, kənd sakinlərini əraziyə təbii qazın verilməsi münasibəti ilə təbrik etmiş və uğurlar arzulamışdır.
  Sonra Regional Qaz İstismar İdarəsinin rəisi Rafael Novruzov 260 abonenti olan kənddə 15000 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkildiyini, sayğac və fərdi tənzimləyicilər quraşdırıldığını bildirmişdir.
Tədbirdə çıxış edən kənd sakinlərindən Cavanşir Ağayev, Yadigar Şəmmədov və başqaları son aylarda rayonumuzun ayrı-ayrı yaşayış məntəqələrində geniş abadlıq işlərinin görülməsini, yeni məktəb binasının tikintisi və digər sosial problemlərin həlli ilə əlaqədar işlərin görülməsini yüksək qiymətləndirmiş və bütün bunlara görə cənab Prezident İlham Əliyevə, rayon rəhbərinə ən xoş arzularını və təşəkkürlərini ifadə etmişlər.
Sonda Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və kənd ağsaqqalı Cavanşir Ağayev təbii qaz verilməsini nümayiş edən mavi alovu şölələndirmişlər.

Keçidlər