Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Sən də, zərərli vərdişlərin qurbanı olma” mövzusunda dəyirmi masa

26 avqust 2016 | 16:00

26 avqust  2016-cı il tarixdə  Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil şöbəsinin və rayon Mərkəzi Xəstəxanasının birgə  təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Sən də, zərərli vərdişlərin qurbanı olma” mövzusunda dəyirmi masa keçirilmişdir.
  Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək gənclərimizə qarşıda duran məsələlər barədə məlumat verərək bildirdi ki, bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artıtılmasının vacibliyini diqqətə çatdıraraq vurğuladı ki, narkomaniya və digər zərərli vərdişlər  insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün nemətlərini itirildiyini deyən C.Manafov  Bir daha bəşəriyyət üçün faciəyəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı.
Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi İktay Mütəllimov, Rayon Mərkəzi Xəstəxanasını həkim-narkoloqu Nazim Rufullayev, Rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov,Rüdakənar kənd tam orta məktəbinin müəllimi Ramazan Şükürov,Banbaşı kənd tam orta məktəbinin müəllimi Nemət Abdullayev və başqaları  çıxış edərək bildirdilər ki,  hazırkı mürəkkəb şəraitdə gənclərin narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə bütövlükdə nəinki cəmiyyətin  hər bir şəxsin fərdi və birgə fəaliyyətinə və bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə böyük ehtiyac vardır. Narkomaniya bütün dünyanın bəlasıdır. Narkomaniya bir xəstəlikdir. Bu xəstəliyin yaranmasının müəyyən səbəbləri vardır. Heç şüphəsiz ki bu səbəblərin başında mənəvi boşluq gəlir. Bəli bu xəstəliyin yaranma səbəblərindən ən önəmlisi mənəvi boşluqdur. Gənclərimizin  dini və milli mənəvi dəyərlərimizdən uzaqlaşması çox acınacaqlı hal olaraq əsas məsələlərdən biridir. Bu gün gənclər təhsildən, dini dəyərlərimizin öyrənilməsindən çox əyləncəyə daha çox vaxt ayırırlar. Əyləncə də həddindən artıq olanda siqaret, spirtli içki kimi zərərli vərdişlərə meyllənirlər. Bu vərdişlər inkişaf etdikcə narkotik vasitələrdən istifadəyə keçir. Narkotikadan cəmi bir dəfə istifadə etmək isə narkomaniyaya yol açmaq deməkdir.Bunun üçün gənclərin narkotik vasitələrə qurşanmasının  qarşısını almaq üçün mütamadi olaraq bu səpkidə olan maarifləndirici tədbirlərin keçirilməsinə zərurətin olduğunu vurğuladılar.
Tədbirin sonunda iştirakçılara bukletlər paylanılmışdır.

Keçidlər