Şriftin ölçüsü :

Saytın rəngi :

HƏSƏNLİ SAKİNLƏRİ İLƏ GÖRÜŞ

19 mart 2013 | 16:00

 

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 18.03.2013-cü il tarixdə Həsənli inzibati ərazi dairəsinin Məmmədxanlı kəndində keçirilmişdir. Həsənli ərazisi Həsənli, Köçəkli, Təkdam və Məmmədxanlı  yaşayış məntəqələrini əhatə edir.

Ərazinin 5850 nəfər əhalisi və 1975 ha torpaq sahəsi vardır. Həmçinin ərazidə 2 tam orta məktəb, 2 ümumi orta məktəb, 1 həkim məntəqəsi, 1 tibb məntəqəsi 1 ATS və 1 poçt, 1 klub və 4 xidmət obyekti fəaliyyət göstərir.

Məmmədxanlı kəndində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.

            Kənd ziyalılarından Həsrət Hüseynov, Şakir Abıyev ağsaqqallardan Hacıbaba Hüseynov, Arif Hüseynov kənd sakinlərindən Əlibaba Məmmədov, Müştəba Məmmədov və başqaları çıxış edərək İstirahət mərkəzinin həyətinin abadlaşdırılmasına, ərazidə bayraq meydanının tikilməsinə, şəhidlər abidəsinin təmir olunmasına, parkın içərisində voleybol və futbol meydançalarının qurulmasına, parkın içərisində ağaclar budanaraq doğranıb məktəblərə və uşaq bağçasına verilməsinə, 700 metrlik məktəb yoluna şebel tökülməsinə, 1700 metrlik su kanallarının təmizlənməsinə, Həsənli-Köçəkli yolunun kənarında və Həsənli istirahət mərkəzində ağacların əkilməsinə, 2100 metrlik yolun yenidən çəkilməsinə və istirahət mərkəzində suvarma quyusunun qazılmasına görə kənd əhalisi adından ölkə Prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonra sakinlər kəndin daxili yollarının təmir olunmasına, parkların abadlaşdırılmasına, Ahıllar evinin bərpasına,  Küçə işıqlarının yenidən qurulmasına, Həsənli-Məmmədxanlı yolunun təmir edilməsinə, Kəndin daxili su arxlarının təmizlənməsinə, yeni məhəllələrə yolların çəkilməsinə və qeyri-qanuni tikililərin sənədləşdirilməsi və zəbt olunan torpaqların zəbtdən azad edilməsinə köməklik göstərməyi xahiş etmişlər.

Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər