Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda tələbə adını qazanmış məzunlarla görüş

06 sentyabr 2016 | 16:00

06 sentyabr 2016-cı il tarixdə Masallı şəhəri "Asan həyat" kompleksinin kafesində bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov tələbə adını qazanmış gəncləri, onların müəllimlərini və valideynləri əlamətdar hadisə münasibətilə təbrik etmişdir. Bu il rayonun ümumtəhsil məktəblərini bitirən 500-ə yaxın məzun ali məktəblərə qəbul olunduğunu vurğulayan natiq onlardan 40-a yaxını 600, 47 nəfərin 500-dən yuxarı bal topladığını diqqətə çatdırmışdır. Ali məktəblərə qəbul imtahanları zamanı daxil olan məzunların arasında qızların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.
Görüşdə çıxış edən rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov bu il ali məktəblərə daxil olan məzunlar və onların təhsil alacağı ali təhsil müəssisələri barədə məlumat verib.
Toplantıda çıxış edən tələbələr rayonun adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını bildirmişlər.
Tədbirin sonunda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış məzunlara Masallı rayon İcra hakimiyyətinin, gənclər və idman idarəsinin, təhsil işçiləri azad Həmkarlar ittifaqı rayon komitəsi tərəfindən Fəxri fərmanlar təqdim edilmişdir.

Keçidlər