Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA 31 MART SOYQIRIM QURBANLARI ANILDI

31 mart 2013 | 16:00

 

30 mart 2012-ci il tarixdə Masallı rayon qəhrəmanlar parkında 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Millət vəkili Nəriman Əliyev,  rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqallar, ziyalılar, məktəb şagirdləri və minlərlə rayon sakini iştirak etmişlər.
Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə təzə gül dəstələri düzərək onların ruhuna dərin ehtiramlarını bildirmişlər. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Tədbirin davamı olaraq Masallı rayon Gənclər Mərkəzində 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş əbədi bədii kompazisiya təqdim olunmuşdur.

Keçidlər