Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatı aparatında qadın seçicilərlə görüş

07 sentyabr 2016 | 16:00

07 sentyabr 2016-cı il tarixdə YAP Masallı rayon təşkilatı aparatında referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı qadın seçicilərlə görüşü keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Konstitusiya islahatlarının əhəmiyyətini vurğulayıb. O, bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan ötən dövr ərzində artıq iki dəfə - 2002-ci və 2009-cu illərdə ümumxalq səsverməsi ilə bu ali qanunvericilik sənədinə müəyyən əlavə və dəyişikliklər edilib. Lakin son 7 il ərzində Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatında nəzərəçarpan dəyişikliklər baş verib, cəmiyyətin demokratikləşməsi və liberallaşdırılması, söz azadlığı, vicdan azadlığı və s. sahəsində çox əhəmiyyətli irəliləyişlərə nail olunub, multikulturalizm ideyaları artıq bizim həyat tərzimizə çevrilib. Bu baxımdan, cəmiyyətdə gedən proseslərə uyğun olaraq qanunvericilikdə, xüsusilə ölkənin Əsas Qanununda müvafiq dəyişikliklərin edilməsi obyektiv zəruriyyətdən irəli gəlir.
  Görüşdə çıxış edən Milli Məclisin deputatı Nəriman Əliyev qeyd edib ki, bu gün Azərbaycan özünün inkişaf, tərəqqi dövrünü yaşayır. Ölkəmiz inkişaf etdikcə qanunlara da bu və ya digər şəkildə dəyişikliklər və əlavələrin edilməsinə ehtiyac duyulur. Azərbaycan Konstitusiyasına sentyabrın 26-na təyin edilmiş referendumda dəyişiklik və əlavələrin edilməsi də zamanın tələblərinə uyğun atılan addımlardandır: “Biz istərdik ki, sentyabrın 26-da insanlar məntəqələrə gəlsinlər və ümumxalq səsverməsində fəal iştirak etsinlər. Bildiyiniz kimi, ölkəmiz qlobal dünyaya inteqrasiya edir. Bu istiqamətdə Azərbaycanda bütün sferalarda gedən inkişafı görür və hiss edirik. Ölkə inkişaf etdikcə cəmiyyət dəyişməyə meyil göstərir və bunun məntiqi nəticəsi olaraq qanunlarda dəyişikliklərin edilməsi qaçılmaz olur”.
  Nəriman Əliyev əlavə edib ki, qanunlara dəyişiklik zərurətdən irəli gəlir: “Eyni zamanda, bu dəyişikliklər idarəçilikdə yeni islahatlara təkan verəcək. Dəyişiklik yalnız Azərbaycana uğur gətirəcək. Həm də yeni dəyişikliklərlə vitse-prezidentlik institutunun təməli qoyulacaq, yeni idarəçilik sistemi yaranacaq”.
Tədbirdə iştirak edən Mahmudavar məktəbinin müəllimi Kinəxanım Əliyeva, Qadınlar Şurasının sədr müavini Əntiqə Tağıyeva, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və digərləri çıxış edərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini bildiriblər.

Keçidlər