Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda vətənpərvərlik mövzusunda dəyirmi masa

08 sentyabr 2016 | 16:00

08 sentyabr  2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil şöbəsinin və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaysan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şücayət göstərmiş “Milli Qəhrəmanların və Qarabağ şəhidlərinin gənc nəsil arasında təbliğ olunması və gənclərin həyatında milli-mənəvi dəyərlərin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri giriş sözü ilə açaraq, Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə böyük şücaət və igidlik göstərmiş Milli Qəhrəmanlarımıza daim hörmət və ehtiram, qayğıkeş münasibət göstərildiyini, şəhid olmuş Qəhrəmanlarımızın xatirəsinin yüksək tutularaq əbədiləşdirildiyini vurğuluyaraq  bildirib ki, xalqımızın tarixi qəhrəmanlıq ənənəsini şərəflə davam etdirmiş, hər birimizdə qürur hissi doğuran milli qəhrəmanlarımızın cəmiyyətə daha geniş şəkildə tanıdılması, onların həyat və qəhrəmanlığının geniş təbliği bu gün cəmiyyətdə, xüsusən gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsi baxımından mühüm önəm kəsb edir.
Sonra tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxış edərək bildirdi ki, Vətənpərvərlik tərbiyəsi gənclərin milli mənlik şüurunun formalaşması və inkişafına, həmçinin onun dünya görüşünə, həyat hadisələrini düzgün dərk etməsinə rəvac verən bir amildir. Bu baxımdan, hər bir yeniyetmə və gənc bütün varlığı ilə vətənini sevməli, ona ürəkdən bağlı olmalıdır.
          Daha sonra tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Oktay Mütəllimov, Rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə, S.Vurğun adına Türkoba kənd tam orta məktəbinin uşaq birliyi təşkilatı rəhbəri Günay Mehrəliyeva və başqaları çıxış edərək bildirdilər ki, Gənc nəsil vətənə, yurda məhəbbət ruhunda tərbiyələnməsi gündəmdə duran vacib məsələlərdən biridir.  Ümumiyyətlə millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi və qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vicdanlı olmaq və vətənpərvərlik hissini daha da gücləndirir. Araşdırmalar göstərir ki, doğma torpağa bağlılıq, milli adət-ənənələrə hörmət və qayğı gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsiz rol oynayır. Bu hisslər olmadan əsl insan, vətəndaş, vətənpərvər kimi yetişmək çox çətindir. Öz xalqının tarixini, dilini, mədəniyyətini bilməyən insanda milli mənlik şüurunu inkişaf etdirmək mümkün deyil. Vətəni sevməyən insan heç vaxt vətənpərvər ola bilməz, vətən yolunda qəhrəmanlıq göstərməz

Keçidlər