Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Breyn rinq” intellektual bilik yarışı

09 sentyabr 2016 | 16:00

09 sentyabr 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı rayon  ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon  birinciliyi keçirilmişdir.
       Tədbirin açılış mərasimində Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və  qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış,tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.“Breyn rinq” oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.
Gərgin və maraqlı keçən İntellektual bilik yarışın yekununda Təzə Alvadı 1 saylı  kənd tam orta məktəbin komandası I yerə, Çaxırlı  kənd tam orta məktəbinin komandası  II yerə, “Dəfinə” məktəb-liseyinin komandası  III yerlərə layiq görülmüşlər.
         Rayon birinciliyində  qalib gəlmiş  bütün  komanda üzvləri rayon Gənclər və İdman idarəsi tərəfindən  diplomla təltif olunmuşlar.

Keçidlər