Şriftin ölçüsü :

Saytın rəngi :

ÇAYQIRAQ KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ

14 sentyabr 2016 | 16:00

14 sentyabr 2016-cı il tarixdə Masallı rayon Bədəlan inzibati ərazisinin Çayqıraq kənd ümumi orta məktəbi üçün tikilmiş yeni məktəb binasının açılışı mərasimi olmuşdur.
  Bu münasibətlə düzənlənən tədbiri giriş sözü ilə Masallı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov açaraq qeyd etdi ki, yeni məktəb tədrisinin səviyyəsini daha da yüksəldəcək, dərs şəraitini xeyli yaxşılaşdıracaq. Kənd ağsaqqalı Ağamalı Əhmədov həmkəndlilərini, müəllim və şagird kollektivini təbrik edib yeni məktəb binasına görə ölkə başçısına və onun xanımına dərin minnətdarlıq bildirdi.
  Çayqıraq  kənd ümumi orta məktəbinin fransız dili müəllimi Gülsurə Bəşirova, Milli Məclisin deputatı Elmira Axundova və baçqaları çıxış edərək bildirdilər ki, belə layihələrin uğurlu həlli dövlət başçısının təhsilimizə daimi qayğısından, rayon rəhbərinin əhali ilə əməli vəhdətindən qaynaqlanır.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov toplaşanları salamlayıb diqqətə çatdırdı ki, bu bayramın sevincindən Azərbaycanın bütün ailələrinə pay düşür. Sizin hamınızı təbrik edirəm! Natiq fərəhlə dedi ki, rayonda məktəb tikintisinə son illər xüsusi diqqət var. 99 məktəbdən 40-a yaxını yenidən tikilib, ya da əsaslı təmir olunub. Bundan 18-i son üç ilin payına düşür. Köhnə Zuvandda-çətin şəraitdə layihənin həyata keçirilməsi sevindirci haldır. Daha 2 kənddə belə tədbirin reallaşacağını açıqlayan sözçü hamının adından Prezident cənab İlham Əliyevə və layihənin icraçıları olan inşaatçılara minnətdarlıq ünvanladı.
Sonra Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və Milli Məclisin deputatı Elmira Axundova məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər. Sinif otaqlarına baxış keçirildi. 140 yerlik Çayqıraq kənd ümumi orta məktəbində 128 şagird təhsil alacaq. Məktəbdə 10 sinif otağı, 2 laboratortiya, kompüter otağı, kitabxana, direktor və müəllimlər, tibb, psixoloq və hərbi otaqları, idman zalı, bufet mövcuddur. Məktəbin istilik sistemi, su xətləri və sanitar qovşaqları da hazırdır.

Keçidlər