Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA YENİ UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİNDƏ TƏDBİR

14 sentyabr 2016 | 16:00

14 sentyabr 2016-cı il tarixdə Masallı rayon Uşaq İncəsənət Məktəbində yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilmişdir.

Akt zalında təşkil olunan tədbiri giriş sözü ilə açan Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümova iştirakçıları salamlamış, Masallının mədəniyyət tarixinə nəzər salmış və müasir tipli mədəniyyət ocağının inşaasına görə Respublika Prezidenti İlham Əliyav cənablarına və rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynova minnətdarlığını bildirmişdir.

Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov bildirmişdir ki, 220 min əhalisi olan, eyni zamanda ziyalılıq, musiqi ənənələri olan bu rayon üçün zamanın tələbinə uyğun bu cür gözəl memarlıq üslubunda müasir və geniş binanın tikilməsi labüd idi. Ümidvarıq ki, bugün burda təhsil alan fidanlar arasında gələcəyin məşhur musiqiçiləri olacaq.

Millət vəkili Elmira Axundova ərsəyə gələn bu nadir layihəni respublikada ən gözəl tikililərlə müqayisə etmişdir. Qurban Bayramı günləri ərəfəsində ikiqat bayram sevincini yaşayan masallıları bu möhtəşəm incəsənət məktəbinin açılışı münasibəti ilə təbrik etmişdir.

Məktəbin direktoru Azər Əhədzadə, valideyn Firəngiz Xəlilova, şagird Nuran Hüseynova və başqaları ikimərtəbəli, 640 şagird yerlik təhsil müəssisəsinin tikintisi və burda yaradılan hər cür şəraitə görə ölkə rəhbərinə, rayon icra hakimiyyətinin başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Tədbir məktəbin akt zalında şagirdlərin musiqi nömrələri və Heydər Əliyev Parkındakı amfiteatrda rayon incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı ilə davam etmişdir.

Keçidlər