DƏLLƏKOBA KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ
15 sentyabr 2016-cı il tarixdə Masallı rayon Qızılavar ərazisində Dəlləkoba kənd ümumi orta məktəbi üçün tikilmiş yeni məktəb binasının açılışı mərasimi olmuşdur.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov açaraq qeyd etmişdir ki, yeni məktəb tədrisinin səviyyəsini daha da yüksəldəcək, dərs şəraitini xeyli yaxşılaşdıracaq. Kənd ağsaqqalı, tanınmış dövlət qulluğu veteranı Yusif Məmmədov həmkəndlilərini, müəllim və şagird kollektivini təbrik edib yeni məktəb binasına görə ölkə başçısına və onun xanımına dərin minnətdarlıq bildirdi.
Dəlləkoba kənd ümumi orta məktəbinin direktoru Rakit Həmidov, Milli Məclisin deputatı Elmira Axundova və baçqaları çıxış edərək bildirdilər ki, belə layihələrin uğurlu həlli dövlət başçısının təhsilimizə daimi qayğısından, rayon rəhbərinin əhali ilə əməli vəhdətindən qaynaqlanır.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov toplaşanları salamlayıb diqqətə çatdırdı ki, bu bayramın sevincindən Azərbaycanın bütün ailələrinə pay düşür. Sizin hamınızı təbrik edirəm! Natiq fərəhlə dedi ki, rayonda məktəb tikintisinə son illər xüsusi diqqət var. 99 məktəbdən 40-a yaxını yenidən tikilib, ya da əsaslı təmir olunub. Bundan 18-i son üç ilin payına düşür. Dəlləkobada layihənin həyata keçirilməsi sevindirci haldır. Bundan əvvəl də daha 2 kənddə-Könhə Zuvand və Çayqıraq kəndlərində belə tədbirin reallaşğını açıqlayan sözçü hamının adından Prezident cənab İlham Əliyevə və layihənin icraçıları olan inşaatçılara minnətdarlıq ünvanladı.
Sonra Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Sinif otaqlarına baxış keçirildi. 140 yerlik Dəlləkoba kənd ümumi orta məktəbində 123 şagird təhsil alacaq. Məktəbdə 10 sinif otağı, 2 laboratortiya, kompüter, kitabxana, direktor və müəllimlər, tibb, psixoloq, texniki və hərbi otaqları, idman zalı, bufet mövcuddur. Məktəb istilik sistemi, su xətləri və sanitar qovşaqları ilə təchiz olunmuşdur.