Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident təqaüdünə layiq görülmüşdür

15 sentyabr 2016 | 16:00

Abuzərli Süleyman Həmdulla oğlu 11 fevral 1999-cu ildə Masallı şəhər C. Cabbarlı küçəsində anadan olmuşdur.
2005-ci ildə Masallı şəhər 3 saylı tam orta məktəbinin I sinfinə qəbul olunmuş və 2016-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir.
2016-2017-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanı üçün sənəd vermiş və 686 balla Azərbaycan Dövlət İdarəçilik Akademiyasına daxil olmuşdur.
2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentiyabr 2016-cı il tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.
Masallı rayon İcra haikimiyyətinin başçısı rayon ictimaiyyəti və ziyalıları adından Süleyman Abuzərlini Prezident təqaüdünə layiq görülməsi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona dərslərində müvəffəqiyyətlər arzulayır.

Keçidlər