Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni Azərbaycan” təşviqat qrupunun növbəti görüşü

16 sentyabr 2016 | 16:00

16 sentyabr 2016-cı il tarixdə Masallı rayon Boradigah qəsəbəsi bələdiyyə sarayında referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı seçicilərlə görüşü keçirilib.
  Görüşü giriş sözü ilə açan “Yeni Azərbaycan” təşviqat qrupunun Masallı rayon şöbəsinin rəhbəri, YAP Masallı rayon  təşkilatının sədri Seyfəddin Əliyev Referendum Aktı layihəsi haqqında məlumat verib. Seyfəddin Əliyev diqqətə çatdırıb ki, “Yeni Azərbaycan” təşviqat qrupunun Masallı rayon şöbəsi bu prosesdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. S.Əliyev əmin olduğunu bildirib ki, seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya islahatlarını dəstəkləyir, Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi müsbət qarşılanır: “Yeni çağırışlar və reallıqlar Konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edir və hesab edirəm ki, 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Mən əminliklə deyə bilərəm ki, ölkə vətəndaşları, o cümlədən Masallı seçiciləri sentyabrın 26-da Referendum Aktı layihəsinə səs verəcəklər.”.
Görüşdə iştirak edən "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, Konstitusiya islahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: “Referendum Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu əlavə və dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq”.
“Yeni Azərbaycan” təşviqat qrupunun Masallı rayon şöbəsinin nümayəndəsi Məmmədağa Şiriyev çıxış edərək bildirib ki, bu dəyişikliklər Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern, inkişaf etmiş ölkəyə çevirəcək: “Ümumiyyətlə, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan xalqının rifahına xidmət edir. Bunu nəzərə alaraq hər kəs, eləcə də Masallı seçiciləri ümumxalq səsverməsində də aktiv olmalıdır.
Tədbirdə YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Əntiqə Tağıyeva və digər seçicilər çıxış edərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini, təklif olunan əlavə və dəyişiklikləri dəstəklədiklərini bildiriblər.

Keçidlər